SON BİR AYDA DÖVLƏTƏ 754,9 MİN TON NEFT TƏHVİL VERİLMİŞDİR
Təhvil alınan neftin 676,9 min tonu “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələrinin, 78 min tonu müqavilə əsasında qurudakı yataqlarda fəaliyyət göstərən müştərək müəssisələr və əməliyyat şirkətlərinin payına düşür. Bir ay ərzində birliyin müvafiq strukturları proqnozdan 6,8 min ton, müştərək qurumlar 15,3 min ton artıq neft təhvil vermişlər.
2004-cü ilin ilk beş ayında neft-qazçıxarma idarələri, müştərək müəssisə və əməliyyat şirkətləri tərəfindən dövlətə 3 milyon 673,3 min ton neft təhvil verilmişdir. Bu, nəzərdə tutulandan 80,4 min ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [16:49]