Son iki əsr ərzində Antarktidaya qar yağması 10 faiz artıb
Bakı, 10 aprel, AZƏRTAC
Antarktida qitəsində son iki yüz il ərzində qar yağmasında 10 faiz artım qeydə alınıb.
AZƏRTAC “BBC.com” saytına istinadla xəbər verir ki, Antarktidaya 1800-1810-cu illərlə müqayisədə 2001-2010-cu illər arasında illik təqribən 272 milyard ton artıq qar yağıb. İllik əlavə qar yağışının hazırda Ölü dənizdəki su həcminin iki qatına bərabər olduğu qeyd edilib.
Antarktidadakı 79 buz nümunəsini analiz edən alimlər qarın nə zaman yağdığı ilə yanaşı, nə qədər yağdığını da araşdırıblar.
Tədqiqatçılar artan yağıntıların Antarktidanın buz təbəqəsinə 1800 və 2010-cu illər arasında hər 10 ildə 7 milyard tonluq kütlə əlavə etdiyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]