SONYA QANDİ HİNDİSTANIN YENİ HÖKUMƏTİNƏ BAŞÇILIQ ETMƏYƏCƏK
O, öz qərarının səbəblərini izah edərək demişdir ki, heç vaxt qarşısına hökumətin başçısı olmaq məqsədi qoymamışdır: “Bunun mənim üçün əhəmiyyəti yoxdur”.
S.Qandi onun bəyanatını kəskin etirazla qarşılayan parlament üzvlərinə bildirmişdir ki, “öz qərarını dəyişmək niyyətində deyildir”. Məlumat var ki, Qandinin qərarına övladlarının – qızı Priyankanın və parlamentə seçilən Rahul Qandinin rəyi təsir göstərmişdir, çünki övladları onun həyatı üçün ciddi ehtiyat edirlər.
Hindistanın kütləvi informasiya vasitələri Konqresin nüfuzlu xadimlərindən biri olan Manmohan Sinqhi Baş nazir vəzifəsinə yeni namizəd adlandırır. O, HMK (İ) -nin son hökumətində Maliyyə Nazirliyinə başçılıq edirdi.