Sorğu: Donald Tramp dəstək səviyyəsinə görə Kamala Harrisi qabaqlayır
Bakı, 2 avqust, AZƏRTAC
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, vitse-prezident Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.
AZƏRTAC xəbər verir ki, bunu “Rasmussen Reports” təşkilatının apardığı sosioloji rəy sorğusunun nəticələri göstərib.
Məlumata görə, sorğu iştirakçılarının 49 faizi prezident seçkilərində Donald Trampı, 44 faizi Kamala Harrisi dəstəkləməyə hazırdır. Respondentlərin 4 faizi isə qarşıdakı seçkilərdə digər bir namizədə səs verəcəklərini söyləyib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Demokratlar partiyasının seçkilərdə ölkənin hazırkı prezidenti Cozef Bayden tərəfindən təmsil olunacağı güman edilsə də, o, iyulun 21-də dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]