“SOS” UŞAQ KƏNDİNDƏ BEYNƏLXALQ SÜLH GÜNÜ
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Bakı ofisi (BMT İİD) və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının təşkilatçılığı ilə “SOS” Uşaq Kəndində 21 sentyabr - Beynəlxalq Sülh günü qeyd olunmuşdur.
BMT İİD-nin ictimai informasiya üzrə əlaqələndiricisi Gülşən Paşayeva Azərbaycan və BMT arasında əlaqələrdən danışmış, bu işdə gənc nəslin mühüm rol oynayacağını vurğulamışdır.
Tədbirdə Beynəlxalq Sülh gününun təsis edilməsi barədə kəndin balaca sakinlərinə ətraflı məlumat vermişdir.
“SOS” Uşaq Kəndinin rəhbəri Əli Axundov demişdir ki, bu uşaq evində 100 uşağın tərbiyəsi ilə 22 nəfər məşğul olur. Burada yaşayan uşaqların əksəriyyəti şəhərin müxtəlif təhsil ocaqlarında, habelə olimpiya məktəbində və türk liseylərində təhsil alırlar. “Kənddə” sülhün təbliği və onun uşaqlara aşılanması işi yüksək səviyyədədir.
Ə.Axundov diqqətə çatdırmışdır ki, ölkəmizdə yetişməkdə olan gənc nəslə qayğı göstərilir, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində tədbirlər görülür, balacalar daim diqqət mərkəzində saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]