Sosial-demokratlar İsveçin əmək nazirinin istefasını tələb edirlər
Stokholm, 18 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç sosial-demokratları Ulf Kristersson hökumətini işsizlik səviyyəsinin artması fonunda fəaliyyətsizlikdə ittiham ediblər. Belə ki, ölkədə işsizlik səviyyəsi 8,9 faizə çataraq yarım milyondan çox insanı əhatə edir.
AZƏRTAC xəbər verir ki, partiyanın əmək bazarı məsələləri üzrə nümayəndəsi Ardalan Şekarabi əmək naziri Yoxan Britsin vəziyyətin düzəldilməsi üçün heç bir tədbir görmədiyini bildirib və Baş nazirə onun istefaya göndərilməsi ilə bağlı müraciət edib.
A. Şekarabinin sözlərinə görə, nazirlik indiyədək məsələnin həllinə yönəlmiş bir dəfə də olsun qanun layihəsi təqdim etməyib. O bildirib ki, işsizlər arasında uzunmüddətli işsizlik riskinə düşən gənc məzunların sayı artır.
Y. Brits isə ironiya ilə cavab verərək bildirib ki, əgər sosial-demokratlar onun istefasını tələb etməsəydilər, buna inciməli olardı. O isə müxalifəti ittiham edərək bildirib ki, onların vergi və müavinətləri artırmağa yönəlmiş siyasəti gənclərin işə götürülməsini yalnız daha da çətinləşdirir.
“Şekarabi sadəcə onu təsdiqləyir ki, boş çəlləklər daha çox səs edər”, – deyə nazir zarafatla əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]