“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən ey uşaqlıq” adlı ssenari müsabiqəsi çərçivəsində silsilə təlimlərə start verib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, ilk təlimdə ssenarist və rejissor Nurlan Həsənli “Ssenaridə aktlar və keçidlər” mövzusunda danışıb.
O, ssenaridə akt strukturu və keçidlər haqqında detallı məlumat verib.
Sonda Nurlan Həsənli auditoriyanın suallarını cavablandırıb.