“Startup Azərbaycan 2015” layihəsinə start verilib
Bakı, 4 fevral, AZƏRTAC
“Startup Azərbaycan 2015” layihəsinə başlanılıb.
“Startup Azərbaycan” Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində startapçılar üçün təlimlərin, universitetlərdə “Startap” görüşlərinin, “Startup günləri”nin keçirilməsi nəzərdə tutulur. Cari ildə, həmçinin, milli startapların müsabiqəsi də təşkil olunacaq. “Sinam” şirkətinin “GoMAP” layihəsi və “Elektron hökumət” portalı üzərində hazırlanacaq mobil tətbiqlər də müsabiqəyə qəbul ediləcək və onlar xüsusi mükafatlar qazanacaq. “Startup Azərbaycan 2015” təqdimat mərasiminin və milli konfransının may ayının sonunda keçirilməsi planlaşdırılır.
“Startup Azərbaycan” layihəsinin əsas məqsədi milli “startuplar”ın üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]