Stokholmdakı məscid ikinci dəfə islamofob hücuma məruz qalıb
Bakı, 23 fevral, AZƏRTAC
İsveçin paytaxtı Stokholmdakı məscid bir ildən artıqdır ki, islamofob hücumların hədəfinə çevrilib. Sonuncu insident çərşənbə günü baş verib. Məscidə gələn dindarlar divarlarda svastika işarəsi və "müsəlmanları öldürün" təhdid mesajı görüblər.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İsveç paytaxtının Sodermalm rayonundakı məscidin qapısının üzərində "evinə get" sözləri də yazılıb. İbadət məkanının işçisi Mohammed Amin İsveçin SVT TV kanalına deyib ki, “tezliklə həbsxanada olduğu kimi, məscidlərdə də pəncərələrə qorunmaq üçün barmaqlıqlar qoymaq lazım gələcək”.
Məscidlərə qarşı təhdidlərin daha ciddi qəbul edilməsini tələb edən Stokholm İslam Assosiasiyası irqçi hücumları pisləyən bəyanat yayıb və səlahiyyətliləri müsəlmanları hədəf alan nifrət cinayətlərinə qarşı tədbir görməyə çağırıb. Assosiasiyanın bəyanatında qeyd olunub: “Biz təhdidlərin kökündə müsəlmanlara qarşı irqçilik niyyətinin olduğunu görürük. Bu nifrət cinayətlərinə son qoymağın vaxtıdır, özümüzü din azadlığı fonunda təhlükəsiz hiss etmək istəyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]