Stolüstü tennis üzrə yarışlar başa çatıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Gənclər və yeniyetmə idmançılar arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışlarda 1999-2002-ci il və daha kiçik təvəllüdlü məktəblilər iştirak ediblər. Şəxsi komanda xarakteri daşıyan yarışlara respublika üzrə 130-dək idmançı qatılıb.
Yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə və gənclərdən ibarət yığma komandaları komanda birinciliyində Azərbaycan Kubokunun sahibi olublar.
Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim edilib.