Stolüstü tennisçilərimiz Rusiyada keçirilən beynəlxalq yarışda iştirak edəcəklər
Bakı, 19 avqust, AZƏRTAC
Stolüstü tennisçilərimiz Rusiyada keçirilən Beynəlxalq Universitet İdmanı Festivalında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Yekaterinburq şəhərində təşkil olunan yarışda səkkiz idmançımız qələbə uğrunda mübarizə aparacaq.
Qızlardan Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, oğlanlardan isə Nihat Məmmədov, Nihat Səmədzadə, Vəzir Allahverdiyev və İbrahim Ansari etimadı doğrulmağa çalışacaq. Komandamız bu gün məşqçilər Fərhad İsmayılov və Rza Mirzəyevin rəhbərliyi ilə qonşu ölkəyə yola düşüb.
Qeyd edək ki, stolüstü tennis yarışları avqustun 23-dən 28-dək keçiriləcək. Beynəlxalq Universitet İdmanı Festivalında 36 ölkənin təmsilçiləri qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]