“Subaru” şirkəti 2 milyondan artıq avtomobilini geri çağırır
Tokio, 28 fevral, AZƏRTAC
Yaponiyanın “Subaru Corp” şirkəti 2,27 milyon avtomobilini “dayan” siqnalının lampalarında olan nasazlığa görə geri çağırır.
AZƏRTAC Yaponiya Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, əsasən 2008-ci ilin sentyabrından 2017-ci ilin martınadək buraxılan “Subaru Forester” və “Subaru Impreza” avtomobillərinin geri çağırılması nəzərdə tutulur. Daxili bazarda isə 306 min 728 avtomobilin geri çağırılacağı bildirilir.
Kyodo agentliyinin verdiyi məlumata əsasən, indiyədək Yaponiyada 1399 halda açarlarda problem aşkarlanıb. Həmin hadisələr zamanı xəsarət alan olmayıb. Müxtəlif ölkələrdən geri çağırılacaq avtomobillərin dəqiq sayı bildirilmir. Agentliyin məlumatına görə, bu, “Subaru” avtomobillərinin belə kütləvi şəkildə geri çağırıldığı ilk haldır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:31]
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]