Sudanın Qərbi Kordofan vilayətində vəba sürətlə yayılır
Qahirə, 7 sentyabr, AZƏRTAC
Sudanın Qərbi Kordofan vilayətində vəba xəstəliyinin sürətlə yayıldığı bildirilir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Həmər bölgəsində 120 yoluxma halı qeydə alınıb, yeganə izolyasiya mərkəzində isə xəstəlikdən 11 nəfər həyatını itirib. Mərkəzdə venadaxili məhlulların və həyati əhəmiyyətli dərmanların çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Həllə Hüseyn bölgəsində də 190-dan çox yoluxma və 12 ölüm halı qeydə alınıb. Bu göstəricilər xəstəliyin əyalətin müxtəlif ərazilərinə yayıldığını göstərir.
Qeyd olunur ki, Qərbi Kordofan vilayətinin bütün inzibati rayonları hazırda Çevik Dəstək Qüvvələrinin nəzarətindədir.
Xatırladaq ki, Sudan 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma səbəbindən ağır humanitar böhran yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [14:11]
Xerson vilayətinin Oleşki şəhərindəki dinc sakinlər təxliyə edilir
- 30.10.2026 [13:24]
Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir
- 30.10.2026 [13:17]
“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər
- 30.10.2026 [13:08]
Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub
- 30.10.2026 [12:46]
Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir
- 30.10.2026 [12:44]
Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib
- 30.10.2026 [12:38]