Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının büro üzvü seçilib
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova bu beynəlxalq idman qurumu tərəfindən növbəti dəfə böyük etimad göstərilib.
AZƏRTAC xəbər verir ki, ABF rəsmisi bundan sonra AİBA-nın büro üzvü kimi də fəaliyyət göstərəcək.
Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büro cəmi 7 üzvdən - AİBA prezidenti Qafur Rəhimovdan, iki vitse-prezidentdən və İcraiyyə Komitəsinin dörd üzvündən ibarətdir. S.Mikayılov bu vəzifəni dörd il icra edəcək.
Büro dünya boksunda ən vacib məsələləri - bu idman növünün inkişafı, yeni qaydaların müəyyənləşdirilməsi, maliyyə və idarəetmə məsələlərini İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.
Qeyd edək ki, ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə beş nəfərdən ibarət büroda eyni vəzifəni daşıyıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]