Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Süleyman Soylu: 15 iyul bizə XXI əsrdə millət olmaq şüurunu yenidən aşıladı

Ankara, 11 iyul, Nihad Budaqov, AZƏRTAC

15 iyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) təşkilatçılığı ilə Ankarada sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açılışında iştirak etdiyi sərgidə ötən il iyulun 15-də bu ölkədə dövlət çevrilişinə cəhd zamanı türkiyəli fotojurnalistlərin çəkdikləri şəkillər nümayiş olunur.

BYEGM-nin rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib ki, Türkiyə 15 iyul gecəsində əvvəlcə qaranlığı, ortaya qoyulan böyük iradə və inam ilə sonra da aydınlığı yaşadı. 15 iyul Türkiyənin təkcə siyasi, iqtisadi, diplomatik hücumlara qarşı deyil, eyni zamanda, hərbi təcavüzlərə qarşı da güclü olduğunu, sarsılmayacağını göstərdi.

“İyulun 15-i demokratiyanın qalib gəldiyi gündür. Bu gün sadəcə Türkiyənin deyil, bütün dünyanın tarixinə keçəcək milli iradə günüdür”, - deyə M.Akarca əlavə edib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, sərgidə nümayiş olunan fotoşəkillər həmin gecəni yaşayan, tarixə həkk edən və son nəfəslərinədək peşəsini yerinə yetirən fotomüxbirlərin əsərləridir.

“Türkiyə xalqı siyasi düşüncəsinə və milli mənsubiyyətinə baxmayaraq, həmin gecə - iyulun 15-də öz ay-ulduzlu bayrağına sahib çıxmaq üçün küçələrə axışdı. Millət olmaq asan deyil. Millət olmaq bayrağına sahib çıxmaq, savaşlardan qalib ayrılmaqdır. Məhz 15 iyul bizə XXI əsrdə millət olmaq şüurunu yenidən aşıladı. 15 iyul bir millətin imtahanı, əslində isə bir insanlıq imtahanıdır”, - deyə nazir əlavə edib.

S.Soylu qeyd edib ki, türk milləti 15 iyulda qəhrəmanlıq dastanı yazdı. Bu dastanı həmin gecə öz canlarından keçən şəhidlərimiz yazıb. Türkiyəni öz yolundan döndərməyə çalışırlar. Lakin biz tarixini və bu gününü özündə əks etdirən ay-ulduzlu bayrağına sahib çıxan xalqıq. 15 iyulun bizi zəiflədəcəyini düşündülər. Ancaq hazırda Türkiyə iqtisadi artıma görə dünyada ən çox inkişaf edən üç ölkədən biridir. Türkiyənin terrorla mübarizədə öz qətiyyətli yolundan dönəcəyini düşünənlər yanılırlar. Ölkəni öz istədikləri formada idarə etməyə çalışmağa cəhd göstərənlər bunu bacarmadılar. Həmin qüvvələrə cavabı məhz xalqımızın milli iradəsi və birliyi ilə verdik. Kimliyindən asılı olmayaraq, çevrilişə cəhd edənlər cəzasız qalmır və qalmayacaqlar. Biz bu gün öz hədəflərimizə doğru inamla irəliləyirik.

Nazir bildirib ki, gələcək nəsil 15 iyulu Türkiyənin son 100 ildəki ən çətin, eyni zamanda, qürur və milli birlik günü kimi xatırlayacaq. Türk xalqı güclü xalqdır. Xalqımız bunu məhz 15 iyulda seçdiyi insanın, liderinin çağırışına sədaqəti ilə göstərdi. Həmçinin ölümü, yaralanmağı gözə alaraq küçələrə çıxandan etibarən nə olacağını düşünmədən göstərdi. Demokratiyanın sadəcə mitinqlərdə olmadığını xalqımız məhz 15 iyulda nümayiş etdirdi. Bu, xalqımızın şanlı tarixi, dastanlar yazılacaq qəhrəmanlığının əyani sübutudur.

“Xalqımıza, eyni zamanda, bizə inanan, demokratiyaya və türk millətinə sahib çıxan dostlarımıza təşəkkür edirəm. Öz iradəsindən dönməyən, demokratiyanın və azadlığın necə müdafiə olunacağını bütün dünyaya örnək olaraq göstərən Prezidentimizə, ilk dəqiqədən etibarən soyuqqanlılığını qoruyan və çevrilişə cəhd edənlərə, onların qurduqları oyuna qarşı hər birimizi səfərbər edən Baş nazirimizə, ən əsası isə tanklara əliyalın necə sinə gərməyi göstərən gənclərimizə minnətdarıq. Onlar bizə aydın gələcək bəxş etdilər”, - deyə S.Soylu xüsusi vurğulayıb.

Müxtəlif ölkələrdən olan jurnalistlər “15 İyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə iyulun 11-dən etibarən təşkil edilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. Azərbaycandan olan bir qrup media nümayəndəsi də həmin heyətə daxildir. Jurnalistlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, bu ölkənin Avropa İttifaqı naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ ilə görüşləri nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb