Sülhməramlılara məxsus daha 6 avtomobilin keçidinə şərait yaradılıb
Şuşa, 3 yanvar, Səlim Rəhimzadə, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 2 təminat və 2 minik avtomobilinin, eyni zamanda Xankəndidən Laçına gedən 1 təminat və 1 minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.