SİYASƏT
Sülhməramlılara məxsus daha iki avtomobil aksiya ərazisindən sərbəst keçib
![](/files/galleryphoto/2023/1/1200x630/16732655462788061320_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16732655466321832682_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16732655462239846392_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16732655463059626361_1200x630.jpg)
Şuşa, 9 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçidi təmin edilir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.