Sülhməramlılara məxsus daha iki minik avtomobilinin Laçın-Xankəndi yolundan keçidi təmin olunub
Şuşa, 10 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru maneəsiz hərəkətinə şərait yaradılıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu, ərazidə sərbəst hərəkətin təmin olunduğunu bir daha göstərir.