Sülhməramlılara məxsus minik avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub
Şuşa, 31 dekabr, Səlim Rəhimzadə, AZƏRTAC
Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu, artıq bu gün ərazidən keçən üçüncü avtomobildir.
Bu, həmçinin onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.