Sülhməramlılara məxsus növbəti avtomobillər aksiya ərazisindən maneəsiz keçib
Şuşa, 5 yanvar, Səlim Rəhimzadə, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti 2 minik və 7 təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Qeyd edək ki, dinc aksiya 25 gündür davam edir.