Şumaxerin meneceri onu Formula 1-ə qayıtmaq niyyətindən daşındırmağa çalışıb
Bakı, 3 yanvar, AZƏRTAC
Mixael Şumaxerin meneceri Villi Ueber bildirib ki, Formula 1 çempionunu karyerasını bərpa etməmək niyyətindən daşındırmağa çalışıb.
AZƏRTAC xəbər verir ki, almaniyalı pilot idmandan 2006-cı ildə ayrılıb, lakin 2009-cu ilin sonunda Kral yürüşlərinə qayıtmaq qərarına gəlib və “Mersedes”in pilotu olub.
“GPblog” Ueberin bu sözlərini sitat gətirib: “Mən onu çağırdım və dedim: “Gəl bunu etmə. Uduzacaqsan” O, yeddiqat dünya çempionu idi, özünü təsdiq etməsinə də heç bir lüzum yoxdur. Buna baxmayaraq, o, Formula 1-ə qatılmaq istəyirdi. Düşündüm ki, bu, normaldır. Qoy olsun, lakin mənsiz.
2014-cü ilə qədər müqaviləmiz hələ də əlimizdə idi. Amma mən daha bütün dünyanı gəzib-dolaşmaq istəmirdim. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. Şumaxerlə az qala 20 il ərzində gördüyüm işlər Formula 1-də bizim dövrümüz idi. Keçmişi qaytarmaq olmaz. Biz dost kimi ayrıldıq. Sonra dəfələrlə telefonla danışdıq, yaxud görüşüb qəhvə və ya şam süfrəsi arxasında söhbət etdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]