SUMQAYIT BƏLƏDİYYƏSİNİN SOSİAL İNKİŞAF PROQRAMI HƏYATA KEÇİRİLİR
Sumqayıt bələdiyyəsi yerli sosial inkişaf proqramının həyata keçirilməsini diqqət mərkəzində saxlayır.
Bu proqram çərçivəsində şəhərin 53-cü məhəlləsinin ərazisinin təmizlənməsi üçün böyük iş görülmüşdür. Saray qəsəbəsinin çirkab sularının axması nəticəsində bu məhəllədə ekoloji vəziyyət son dərəcə pişləşmiş, bataqlıq yaranmışdı. Böyük buraxıcılıq imkanına malik yeni kanalizasiya sistemi quraşdırıldıqdan sonra bataqlıq qurudulmuş, ərazinin sanitariya vəziyyəti yaxşılaşmışdır. Hazırda burada planlaşdırma işləri aprılır, sosial obyektlərin tikintisi üçün hazırlıq görülür.
Bələdiyyədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərin mühüm nəqliyyat magistralı olan Koroğlu prospektinə asfalt döşənmiş, uşaq və təcili yardım xəstəxanaları, 48 nömrəli uşaq bağçası əsaslı təmir edilmiş, 22 nömrəli məktəbin damı örtülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]