Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? - Müsahibə

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? -  Müsahibə

Bakı, 29 fevral, AZƏRTAC

1988-ci ilin fevralında Sumqayıtda baş verən qanlı hadisələrdən 36 il ötür. Bu hadisələrlə bağlı aparılan istintaq zamanı üç gün davam edən təxribatların təşkilatçılarının SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları olduğu müəyyənləşib. Qeyd edək ki, o vaxt şəhərdə baş verən iğtişaşlar nəticəsində 32 nəfər qətlə yetirilib. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Həmin qanlı aksiyanın başvermə səbəblərini araşdıran, “Sumqayıtın əks-sədası” adlı tammetrajlı filmin müəllifi, Əməkdar jurnalist Eyruz Məmmədov hadisələrlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Eyruz müəllim, siz Sumqayıt hadisələrini tədqiq edən əsas şəxslərdən birisiniz. O dövrdə baş verənləri yenidən xatırlamaqda fayda var. Necə oldu ki, hadisələri araşdırmaq qərarına gəldiniz?

-1988-ci ilin fevralın 28-29-da Sumqayıtda SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Ermənistanın xüsusi xidmət orqanları ilə birgə qanlı aksiya törətdilər. Təxribat nəticəsində 26 erməni və 6 azərbaycanlı sakin qətlə yetirildi. Mən bir sumqayıtlı, həmçinin “Exo Sumqayıt” qəzetinin redaktoru kimi dostum, mərhum kinorejissor Davud İmanov, operator Elçin Quliyevlə birgə qərara gəldik ki, Sumqayıt hadisələrinin izinə düşək və onun əsl mahiyyətini açıb ictimaiyyətə çatdıraq. Bildirməliyəm ki, 1988-ci il fevralın ortalarında Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Paponinin başçılığı ilə Sumqayıta xüsusi xidmət orqanının 30 işçisi gəlmişdi. Onlar yerli təhlükəsizlik komitəsinin binasında yerləşdilər. Həmin dövrdə Sumqayıtda mitinqlər keçirilirdi. Səbəb isə Qarabağda ermənilərin torpaq iddiası ilə çıxış etməsi idi. Sumqayıt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Moskvadan gələn nümayəndələrə şəhərə ekstremist qrupların daxil olduğu haqda informasiyalar verirdilər. Həmin informasiyalarda iğtişaşların baş verəcəyi bildirilirdi. Moskvadan gələnlər yerli komitənin əməkdaşlarına belə bir göstəriş verdilər ki, əgər Sumqayıtda iğtişaşlar baş qaldırarsa, onlar hadisələrə müdaxilə etməsinlər.

Biz Sumqayıt hadisələrinin izinə düşmək üçün dörd il Moskvada işləməli olduq. Sumqayıt hadisələrindən dörd gün əvvəl sovet qoşunlarının əsgərləri şəhərin ayrı-ayrı məhəllə və mikrorayonlarında dislokasiya məntəqələri qurmuşdular. Onların hamısının başında kaska, əllərində dəyənək, sinələrini qorumaq üçün bronjiletləri var idi. Fevralın 28-29-da Sumqayıtda qanlı hadisələr törədiləndə əsgərlər hadisələrə müdaxilə etmədilər. Mən “Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəllifi kimi SSRİ müdafiə naziri Dmitri Yazovdan müsahibə aldım. Sual verdim ki, niyə əsgərləriniz onların gözləri qarşısında insanların qətlə yetirilməsinə müdaxilə etmədilər? Yazov mənə belə bir cavab verdi ki, həmin dövrdə Sumqayıtda ozamankı SSRİ rəhbəri Mixail Qorbaçovun icazəsi olmadan komendant saatı elan edilə bilməzdi. Fevralın 29-da hadisələr kulminasiya nöqtəsinə çatdı. Bundan sonra - martın 1-də şəhərdə komendant saatı elan olundu və general Krayev komendant təyin edildi. Moskvadan gələn nümayəndə heyəti martın 2-də geri qayıtdı və həmin heyətin üzvlərinin hamısının rütbələri artırıldı, vəzifələri isə yüksəldildi.

-Nümayəndə heyətinin tərkibində kimlər var idi və onlar nə ilə mükafatlandırıldı?

-Sumqayıta gələn xüsusi xidmət orqanlarının əməkdaşları arasında Stepaşın soyadlı bir şəxs var idi. O, Sumqayıta mayor rütbəsində gəlmişdi. Moskvaya qayıdandan sonra ona əvvəlcə polkovnik, daha sonra isə general rütbəsi verdilər. Boris Yeltsinin vaxtında isə o, daxili işlər naziri işlədi. İki ildən sonra isə Rusiya Federasiyasının baş naziri oldu. Sumqayıta gələn digər əməkdaş Nikolayev isə Rusiyanın Sərhəd Qoşunlarının rəisi oldu.

-Bəs hadisələrdən qabaq şəhərdə nələr baş verirdi?

-Hadisələr baş verməmişdən qabaq Sumqayıta 40-a yaxın ekstremist qrup gəlmişdi. Həmin qrupların hər biri xüsusi təlimatlandırılmışdı. Bir nəfər Sumqayıtda baş verən ictimai-siyasi informasiyaları toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına göndərirdi. Ermənistan Rabitə Nazirliyinin nümayəndəsi Sumqayıtda kameralar quraşdırırdı. Ermənistanda nəşr olunan “Kommunist” qəzetinin müxbirləri video, foto çəkiliş aparırdılar. Hadisənin təşkilatçıları SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, icraçısı isə Eduard Qriqoryan adlı şəxs idi. Hadisə iştirakçıları içərisində gənclər də var idi. Onlar texniki peşə məktəbində oxuyan tələbələr idilər və Sumqayıta ayrı-ayrı rayonlardan gəlmişdilər. Valideyn nəzarətindən uzaq olduğuna görə onlar iğtişaşlara qoşulmuşdular. Eduard Qriqoryan və ona yaxın olan şəxslər həmin gənclərə narkotik paylayır, içki verirdilər. Apteklərə hücum çəkərək müdirləri hədələyib onlardan dimedrol dərmanı alırdılar. Həmin dərmanı da gənclərin içkisinə qatırdılar. Mən sənədli film hazırlayarkən Bayıl həbsxanasında cəza çəkən həmin gənclərdən müsahibə alanda bu məqamı onların diqqətinə çatdırdım. Onlar içkilərinin içərisinə dərman atılmasından xəbərsiz olduqlarını dedilər. Gənclər içkinin təsiri altında avtobusu, maşını aşırırdılar. Təxminən 16 yaşında olan gənclər Sumqayıtda Səməd Vurğun adına mədəniyyət sarayının binasına dırmaşırdılar. Biz fikirləşirdik ki, həmin binaya dırmaşmaq üçün yanğınsöndürən işçisi olmaq lazımdır.

-Həbs edilənlər arasında ermənilər var idi?

-Həmin hadisələrdə 5-6 erməni sakin də həbs edildi. Azərbaycan müstəntiqləri istintaq aparmağa başladılar. Moskvaya işləyən agentlər təcili olaraq SSRİ daxili işlər naziri Aleksandr Vlasova bir neçə erməninin tutulması barədə məlumat göndərdilər. O da SSRİ-də çalışan erməni millətindən olan müstəntiqləri təcili surətdə Sumqayıta ezam etdi. Azərbaycan müstəntiqlərinin apardıqları istintaq işlərini erməni müstəntiqlərinə təhvil verdilər. Həbs olunan həmin altı erməninin işinə bir həftədən sonra xitam verildi. Onlar təcili olaraq Sumqayıtı tərk edib Özbəkistanın Fərqanə şəhərinə yollandılar. O zaman Fərqanə şəhərində də milli zəmində hadisələr baş vermişdi və həmin hadisələrdə də ermənilərin əli var idi.

-Filmin çəkilişləri zamanı hansısa çətinliklərlə rastlaşdınızmı?

-SSRİ Dövlət Təhlükəsizlik Xidməti “Sumqayıtın əks-sədası” filminin çəkilişinə qəti qadağa qoymuşdu. Mən həmin dövrdə “Exo Sumqayıt” qəzetinin baş redaktoru olduğum üçün məni partiya biletimi əlimdən almaqla hədələdilər. Sonradan bizə nə üçün qadağaların qoyulduğunu anladıq. Onlar qorxurdular ki, biz təşkilatçıların izinə düşə bilərik. Çünki Sumqayıt hadisələrini törədənlər SSRİ DTX və Ermənistanın xüsusi xidmət orqanları olub. Bizə yaradılan maneələrə baxmayaraq, öz təşəbbüsümüzlə dörd il Moskvada işlədik. SSRİ Mərkəzi Komitəsinin rəhbərlərindən olan Liqaçov, Razumovski, Yakovlev, SSRİ Ali Sovetinin sədri, Siyasi Büronun üzvü Anatoli Lukyanov, SSRİ müdafiə naziri Dmitri Yazovdan, siyasi partiya lideri Jirinovskidən və bir sıra demokratlardan, jurnalistlərdən müsahibələr aldıq.

1991-ci ilin yay aylarında Ulu Öndər Heydər Əliyev Moskvada yaşayırdı və tutduğu vəzifələrdən istefa vermişdi. Biz ilk dəfə olaraq müxtəlif kanallar vasitəsilə Ümummilli Lider Heydər Əliyevin qəbuluna düşdük və ondan da müsahibə aldıq.

Ulu Öndər bizdən soruşdu ki, Azərbaycandan Moskvaya gələn ilk jurnalistlərsiniz, məndən müsahibə almağa çəkinmirsinizmi? Biz də Ümummilli Liderin nüfuzuna arxalanaraq Moskvaya gəldiyimizi qeyd etdik. Ulu Öndər Sumqayıt hadisələrinin baş verməsinə görə SSRİ Mərkəzi Komitəsini, onun siyasi rəhbərliyini və Dövlət Təhlükəsizlik Xidmətini kəskin tənqid etdi. O, bu təxribatda DTX-nın əlinin olduğunu bildirdi. Ancaq film hazır olanda Azərbaycan televiziyası onu efirə buraxmadı. Həm Ayaz Mütəllibovun, həm də Yaqub Məmmədovun siyasi hakimiyyətdə olduğu dövrdə filmin yayımlanması mümkün olmadı. Biz də qərara gəldik ki, Moskvaya gedib filmin davamını çəkək və başqa şəxslərdən də müsahibələr alaq.

Xatırladım ki, hadisənin iştirakçısı olan Eduard Qriqoryan əvvəlcə Bakıda Bayılda həbsxanada yatırdı. Moskva və İrəvanda fəaliyyət göstərən ermənipərəst mətbuat orqanları Qriqoryana işgəncələr verilməsi ilə bağlı hay-küy qaldırmışdılar. Bildirirdilər ki, onu Azərbaycan həbsxanasından çıxarıb Rusiyaya aparmaq lazımdır. Qriqoryanı Stavropol vilayətinin Budyonsk şəhərində yerləşən həbsxanaya köçürdülər. Bir maraqlı faktı da sizə açıqlayım. Araşdırmalarım zamanı mənə məxfi bir informasiya verildi. Dedilər ki, Qriqoryan həbsxanada yatanda ona yerli dustaqlara verilən ümumi yeməyi yeməkdən imtina etməsi ilə bağlı tapşırıq verilib. Deməli, həbsdə yatdığı müddətdə ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni lobbisi hər ayın 1-də ona böyük bağlama göndərirdi. Bağlamanın içərisində keyfiyyətli ərzaqlar və məişət əşyaları var idi. Almaniyadan isə ona dərman preparatları göndərilirdi. Çünki onda vərəmə meyillilik vardı. Həbsxanada ona gözəl şərait yaradılmışdı. Göstəriş verilmişdi ki, heç kimə müsahibə verməsin. Biz o zaman Davud İmanovla birgə cəzaçəkmə müəssisəsinin rəisi ilə birtəhər dil tapa bildik və Qriqoryandan müsahibə aldıq. Onu da qeyd edim ki, onun həyat yoldaşı Rita Qriqoryan ayda iki dəfə onu ziyarətə gəlirdi. Həbsxana rəisi Eduard Qriqoryana dedi ki, əgər bizə müsahibə verməsə, Ritanı bir daha onun yanına buraxmayacaq. Bundan sonra Qriqoryan bizə müsahibə verməyə razı oldu.

-Eduard Qriqoryan müsahibəsində sizə nələrisə etiraf etdi?

-Ondan müsahibə almaq olduqca çətin idi. Biz ona Sumqayıt hadisələri ilə bağlı suallar verdik. Əvvəlcə çəkiliş qrupunu görəndə bizdən şübhələndi. Kim olduğumuzu və haradan gəldiyimizi soruşdu. Biz Moskvadan, “Ostankino” kanalından gəldiyimizi dedik. Müxtəlif ölkələrdə milli münaqişə zəminində baş verən hadisələri araşdıraraq sənədli filmlər çəkdiyimizi qeyd etdik. Sumqayıt hadisələrinin istintaq materiallarında onun imzasını gördüyümüzü və müsahibə almaq qərarına gəldiyimizi bildirdik. Ümumi işimiz naminə belə bir yalan danışmalı olduq. Bildirdik ki, o, Sumqayıt hadisələrinin icraçısı kimi qadınlara qarşı zorakılıq tətbiq edib, həmçinin gənclərin içkilərinə dərmanlar qatıb və sair. O isə bütün bu faktların heç birini etiraf etmədi. Bildirdi ki, onu nahaq yerə həbs ediblər. Məhz buna görə bizə qarşı da zorakılıq ediləcəyini, həbsxanadan çıxandan sonra izləniləcəyimizlə bağlı bizi hədələdi. Sual verdi ki, məgər 5 insanı qətlə yetirənə 12 il cəza verirlər? Əslində, belə adama güllələnmə cəzası verilməlidir. Həqiqətən də istintaq materiallarında onun 5 nəfəri qətlə yetirdiyi göstərilmişdi və 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əhməd Əhmədova isə guya bir adamı qətlə yetirdiyinə görə güllələnmə cəzası kəsilmişdi. O, verdiyimiz mühüm sualları cavablandırmaqdan imtina etsə də, hadisələrdə iştirak etdiyini boynuna aldı.

-Bəs o dövrün yüksəkvəzifəli şəxsləri ilə müsahibə zamanı hansısa faktlar təqdim edildimi?

-Sumqayıt Təhlükəsizlik Komitəsinin sədri Lebedev mənə müsahibəsində dedi ki, hadisələrin sonunda şəhərin indiki Tağıyev qəsəbəsində (o zamanlar Nasosnu adlandırılırdı) qara plaşlı iki ermənini həbs ediblər. Həmin plaşları sonralar analiz üçün Moskvaya göndəriblər. Məlum oldu ki, bu plaşlar İkinci Dünya müharibəsində almanların geyindikləri plaşlardandır. Onlardan o zaman ermənilərə də vermişdilər. Ancaq bunların nişanları tamamilə fərqli idi. Hadisələr zamanı onlar bir-birini bu nişanlar vasitəsilə tanıyıblar. Sumqayıt hadisələrində 40-a yaxın qara plaşlı şəxs iştirak edib. Onlar bir-birlərini tanımasalar da, həmin nişanlar vasitəsilə informasiyaları bir-birilərinə ötürüblər. Bizə bildirildi ki, İkinci Dünya müharibəsində Ermənistandan minlərlə şəxsi almanlar öz sıralarına cəlb edib, onlara xüsusi kəşfiyyat orqanlarında iki il müddətində dərs keçiblər. Həmin şəxslərə SSRİ ərazisində təxribat törətməklə bağlı tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir