REGİONLAR
Sumqayıt Qızıl Aypara könüllüləri təlimə cəlb olunub
Sumqayıt, 6 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) təşkilatçılığı ilə QAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü dəstəsi üçün üçgünlük ilk yardım təlimi təşkil olunub.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Baş idarəsinin icraçı katibinin müavini Şaban Şayev və İlk yardım sektorunun rəhbəri Şahin Biləndərli də iştirak ediblər.
Bölmədən AZƏRTAC–a bildirilib ki, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova təlim haqqında məlumat verib. Könüllülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ilk yardım təliminin vacibliyi qeyd edilib.
Daha sonra Şahin Biləndərli ilk yardım, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmə, yaralar və digər mövzular ətrafında nəzəri və praktiki məlumatlar verib, könüllüləri maraqlandıran suallar cavablandırılıb.