Sumqayıt şəhərində “Mədh” kilsəsi dini icmasının üzvləri saxlanılmışlar
Bakı, 17 may (AZƏRTAC). Sumqayıt şəhəri ərazisindəki “Göygöl” restoranında “Mədh” kilsəsi dini icmasının baş məsləhətçisi Bakı şəhər sakini Elçin Paşayev və arvadı Afər icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçirdiklərinə və provoslav təriqətini qanunsuz olaraq təbliğ etdiklərinə görə Sumqayıt Şəhər Polis İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Paşayev, Afər və 12 nəfər icma üzvü şəhər polis idarəsinin 4-cü bölməsinə gətirilmişlər. E.Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsi) maddəsi ilə protokol tərtib olunmuş, icmanın üzvləri ilə profilaktik söhbətlər aparıldıqdan sonra buraxılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]