Sumqayıt ticarət mərkəzində səhər saatlarında baş verən yanğın söndürülüb
Sumqayıt, 30 iyul, AZƏRTAC
Sumqayıt şəhərinin mərkəzində yerləşən ticarət mərkəzində yanğın olub. Hadisə səhər saat 05:00 radələrində 32-ci məhəllədə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb.
Yanğın nəticəsində təxminən 80 kvadratmetr ərazi yanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:36]
Qubada texniki təhlükəsizlik mövzusu müzakirə olunub
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]