Sumqayıtda "Xəmsə” milli intellektual oyununun qalibləri mükafalandırılıb
Sumqayıt, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Parkında açıq hava şəraitində gənclər təşkilatları arasında “Nizami Gəncəvi İli”nə həsr olunmuş "Xəmsə” milli intellektual oyunu keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, şəhərin müxtəlif sahələrini təmsil edən komandaların iştirakı ilə gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Sumqayıt Gənclər Klubunun "Zirvə”, II yerə” Sumgait Volunteers Club”un "Gəncin sözü”, III yerə isə Sumqayıt Dövlət Texniki Kollecin "Tələbə Gənclər Təşkilatı” və Sumqayıt regional "ASAN xidmət” mərkəzinin "İsgəndərnamə” komandaları layiq görülüblər.
Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim olunub.