Sumqayıtda anbar kimi fəaliyyət göstərən tikilidə yanğın baş verib
Bakı, 15 dekabr, AZƏRTAC
Sumqayıt şəhərində ümumi sahəsi 600 kvadratmetr olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyü 350 kvadratmetr sahədə, içərisində olan avtomobil şinləri və ehtiyat hissələri yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]