Sumqayıtda reabilitasiya mərkəzində baş verən yanğın söndürülüb
Bakı, 6 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:16]
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]