Sumqayıtda Ulu Öndərin xatirəsi yad olunub
Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycanın ən yeni tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Heydər Əliyevin anım günüdür. Sumqayıtlılar böyük ehtiramla Ulu Öndərin xatirəsini yad edirlər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sumqayıtdan seçilən deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri Sumqayıtdakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyevin dəstəyi ilə 1970-1980-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilib. Ulu Öndər Sumqayıtı daim diqqət mərkəzində saxlayıb. O, Sumqayıta 16 dəfə səfər edib. Onun hər gəlişi Sumqayıtın inkişafının yeni səhifəsini açıb, şəhərin sosial-iqtisadi inkişafına yeni təkan verib.