SUMQAYITDA YENİ UŞAQ İDMAN MEYDANÇALARI AÇILMIŞDIR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev 9-cu mikrorayonda, habelə 36-cı və 41-ci məhəllələrdə uşaq idman meydançalarının istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir. Standart layihə üzrə inşa olunmuş obyektlər müasir idman avadanlığı ilə təchiz edilmişdir. Burada hər şey uşaqların ürəyincədir. Uşaqlar və onların valideynləri yay tətili günlərində asudə vaxtın təşkili üçün yaxşı şərait yaradıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sumqayıtda 30-dan çox belə obyekt istifadəyə verilmidşir. Şəhərin bütün yaşayış massivlərində bu cür meydançaları inşa etmək nəzərdə tutulmuşdur.