Sumqayıtlılar Milli Qəhrəman Polad Həşimovun xatirəsini ehtiramla anırlar
Sumqayıt, 14 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtlılar Milli Qəhrəman Polad Həşimovun xatirəsini böyük ehtiramla anırlar.
AZƏRTAC ailə üzvlərinə istinadla xəbər verir ki, bu gün Polad Həşimovun qohumları və dostları Bakıdakı Fəxri xiyabana gedərək onun məzarını ziyarət ediblər.
Polad Həşimovun məzunu olduğu Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə xatirəsinə yaradılan muzey və büstünün açılışı olacaq. Həmçinin iyulun 15-də Milli Qəhrəmanın adını daşıyan küçədə xatirə lövhəsinin açılışı da baş tutacaq.
Xatırladaq ki, ötən ilin iyulun 14-də general-mayor Polad Həşimov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Polad Həşimov Milli Qəhrəman adına layiq görülüb.