SURAXANI RAYONUNDA BAYRAM TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Yanvarın 10-da rayonun qəsəbələrindəki bütün məscidlərdə RİH-in təşkilatçılığı ilə çoxlu qurban kəsilmiş, ehsanlar verilmiş, aztəminatlı ailələrə qurban əti paylanmışdır.
Yeni Suraxanı qəsəbəsinin Heydər məscidində, hər il olduğu kimi, qəsəbə sakinləri üçün qurbanlıq qoyunlar kəsilmişdir. Mərasimdə Bakı Şəhəri İcra Hakimiyyətinin rəhbərliyi iştirak etmişdir.
2 nömrəli uşaq evi, 6 nömrəli ağciyər xəstəlikləri dispanseri və 7 nömrəli internat məktəbində qurbanlar kəsilmiş və bayram süfrələri açılmışdır. Bayram günü Böyük Vətən müharibəsi veteranlarına, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, şəhid ailələrinə, tənha və kimsəsizlərə, qaçqın və məcburi köçkünlərə qurban əti paylanmışdır.