Suriyada Yeni il gecəsi partlayışlar planlaşdıran dəstənin üzvləri zərərsizləşdirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Suriya Daxili İşlər Nazirliyi terrorçuların Yeni il şənlikləri zamanı planlaşdırdığı bir sıra silahlı hücumların qarşısını aldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin teleqram kanalında dərc olunan açıqlamada deyilir: "Daxili Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları əməliyyat keçirib və bu əməliyyat zamanı Saraya əl-Cəvvad terror şəbəkəsi ilə əlaqəli dəstələrdən birini zərərsizləşdirməyə nail olublar. Dəstə üzvləri Latakiya əyalətində Yeni il şənlikləri zamanı hücumlar planlaşdırırdılar".
Bəyanata görə, Suriya təhlükəsizlik qüvvələri axtarışda olan yaraqlıların gizləndiyi Duveyr Baabda rayonunu mühasirəyə alıb: "Cinayətkarlar hakimiyyətə təslim olmaqdan imtina etdikdən sonra qüvvələrimiz onların gizləndiyi binaya basqın edib. Onlardan üçü öldürülüb, biri isə əsir götürülüb". Əlavə edilib ki, atışma zamanı xüsusi təyinatlıların dörd əsgəri yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:08]
Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər
- 04.06.2026 [16:05]
Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil
- 04.06.2026 [15:49]
Fransa Rusiyanın informasiya məkanında ikinci əsas hədəfidir
- 04.06.2026 [15:42]
“Çanmi” fırtınası UNESCO siyahısındakı abidəyə ziyan vurub
- 04.06.2026 [15:08]