SÜRÜCÜ HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Nəsimi rayonunun S.Səfərov küçəsində, Bakı şəhər sakini Asif Əsədullayev idarə etdiyi “Reno-12” markalı avtomaşını divara vurması onun ölümünə səbəb olmuşdur.
Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində isə Saleh İsmayılov “VAZ-2106” markalı avtomaşınla kənd sakini Məhluqə Qarayevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində keçinmişdir.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.