SÜRÜCÜ XƏSTƏXANADA ÖLMÜŞDÜR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Babək prospektində Bakı şəhər sakini Vəli Əhmədova məxsus “VAZ-2106” və Kəngərli rayon sakini Hicran Məhərrəmovun idarə etdiyi “ZİL-441510” markalı avtomaşınlar toqquşmuşdur.
Xəsarətlə xəstəxanaya çatdırılmış V.Əhmədovun həyatını xilas etmək mümkün olmamışdır.