SÜRÜCÜLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda pis hava şəraitində şəhər nəqliyyatının işinin nizama salınması məqsədi ilə keçirilmiş reydlərin nəticələri müzakirə olunmuşdur. Sürücülərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılmışdır. Hava şəraitinin pisləşməsi ilə əlaqədar marşrutdan özbaşına çıxmış sürücülərə ciddi xəbərdarlıq edilmişdir.
Seminarın təşkilatçıları əmindirlər ki, açıq, işgüzar, konstruktiv söhbətlər xidmətin keyfiyyətini və sürücülərin mədəni səviyyəsini yüksəltməyə imkan verəcəkdir ki, bu da yol-nəqliyyat qəzalarının azalmasına səbəb olacaqdır.