“Şuşa İli” ilə bağlı videoçarxlar təqdim edilib
Bakı, 4 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının oxucuları “Şuşa İli” mövzusunda növbəti videoçarx hazırlayıblar.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təqdim olunan videoçarxda “Səndə vardır başqa lətafət Şuşa!” adlı şeir səsləndirilib. Videoməlumatın ikinci hissəsində, Şuşa şəhəri haqqında rus dilində məlumat verilib. Bundan əlavə, Şuşanın yaranma tarixi, sakinlərinin həyat tərzi və adət-ənənələrindən söz açılıb. Eyni zamanda, Şuşanın mədəniyyət və incəsənət mərkəzi olduğu qeyd edilib. Yekun olaraq, üçrəngli bayrağımızın Şuşa şəhərində dalğalanması xüsusi qürurla vurğulanıb.
Mövzu ilə əlaqədar “Ruhumun ünvanı - Şuşa” adlı videosərgidə Şuşa şəhərinin gözəllik rəmzi olan Xarıbülbülü, tarixi məkanları, mədəniyyət və elm xadimlərinin görüntüləri yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]