Şuşa, Laçın və Kəlbəcərdə gözlənilən hava şəraiti
Bakı, 14 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Havanın temperaturu gündüz 1º şaxtadan 3º-dək isti, axşam 2º-dək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 metr/saniyə təşkil edəcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturunun gecə 3-5º şaxta, gündüz 1º şaxtadan 3º-dək isti olacağı proqnozlaşdırılır. Qərb küləyinin sürəti saniyədə 2-5 metr olacaq.
Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-5º şaxta, gündüz 1º şaxtadan 3º-dək isti olacağı bildirilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 2-6 metr təşkil edəcək.
Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Lakin dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 3-5º şaxta, gündüz 1º şaxtadan 3º-dək isti olacağı ehtimal edilir. Qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq.
Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Havanın temperaturunun gecə 3-5º şaxta, gündüz 1º şaxtadan 3º-dək isti olacağı gözlənilir. Şərq küləyi əsəcək, sürəti 2-6 metr/saniyə təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]