Şuşa, Laçın və Kəlbəcərdə proqnozlaşdırılan hava şəraiti
Bakı, 15 dekabr, AZƏRTAC
Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, dekabrın 16-sı gündüzdən 17-si gündüzədək az qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 15-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 2-5 metr təşkil edəcək. Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
Dekabrın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin axşama doğru havanın az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 2-6 metr olacaq. Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.
Dekabrın 17-də arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 3-8 metr təşkil edəcək. Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı bildirilir.
Dekabrın 18-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 2-6 metr təşkil edəcək. Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]