Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib

Şuşa, 6 iyul, AZƏRTAC

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.

Sonra iclasın gündəliyi qəbul edilib.

Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir. “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə o əlavə edib.

Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır. “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və Katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.

Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.

Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir. “Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə nazir vurğulayıb.

İclas gündəlikdəki məsələlər ətrafında çıxışlarla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Probasiya sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Yalçın Rəfiyev: İqlim maliyyə fəaliyyət fondu vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq

Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri sabah Şimali Kiprdə 50 gəmi ilə parad keçirəcək

İstanbulda Osmanlı dövrünə aid tarixi saray muzey kimi istifadəyə verilib

Göygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib

Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb: bir nəfər 400 bal toplayıb

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

“Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi və “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul  tarixli 108 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

149 il əvvəl əkilən toxumlar gülüstan yaratdı

® “INMerge” İnnovasiya Sammiti nədir?

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

Avstraliyalı xokkeyçi Olimpiadada iştirak üçün barmağının bir hissəsini amputasiya etdirib

Saymon Still: COP29 bizə çox böyük ümidlər verir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən 3 rayonda görülən işlər açıqlanıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fransanın Azərbaycana qarşı hüquqi və siyasi reallığa sığmayan bəyanatlarının heç bir təsiri olmayacaq  - ŞƏRH

Nigar Arpadarai: Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər

Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir  ŞƏRH

Muxtar Babayev: COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

® Məlahət Qəhrəmanova: Kimyəvi maddələrdən çox istifadə, keyfiyyətsiz qida və normal həyat rejiminin olmaması saçlara böyük zərər verir

Elm və təhsil naziri Xaçmazda vətəndaşlarla görüşüb

Bolnisidə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları mükafatlandırılıb

Azərbaycan Premyer Liqası və Kubokunda yeni mövsümün təqvimi açıqlanıb

“Avropa Siyasi Birliyi” Zirvə toplantısında Azərbaycan Prezidentinə olan yüksək diqqət ölkəmizin qitə üçün önəminin göstəricisidir - ŞƏRH

Ölümlə nəticələnən qəzada xəsarət alan sürücü barədə qətimkan tədbiri seçilib

Məhkumlara narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Azərbaycan güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaqlar

Avropa İttifaqı və Serbiya litium tədarükünə dair saziş imzalayıb

“YAŞAT” Fondunun Londondakı yay məktəbi maraqlı məqamlarla yadda qalır

Qaydar Abdikerimov: Azərbaycan Orta Dəhlizin əsas aparıcı ölkələrindən biridir

"İpək yolları gənclərin gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyatın vaxtı uzadılıb

Ersin Tatar: Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

Yerli kiçik və orta biznes nümayəndələrinə COP29 tərəfdaşlıq proqramı təqdim olunub

Moldova portalı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından yazıb

Emmanuel Makron Fransanın ekoloji öhdəliklərinə qarşı çıxır

Bugünədək azad edilmiş ərazilərdə yerquruluşu üzrə görülən çöl ölçmə işlərinin həcmi açıqlanıb

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil edilib

Azərbaycanı “Paris-2024”də təmsil edəcək paracüdoçular bəlli olub

Azİİ e-Kitab Evinə “EBSCO Discovery Service”dən ödənişsiz istifadə imkanı verilib

İlin birinci yarısında 187 repatriantla sosial reabilitasiya işi aparılıb

Mağazada ödəmə terminalını talayan şəxs saxlanılıb

Azərbaycan Aktauda keçirilən “Şimal-Cənub” nəqliyyat ticarət-ixracat forumunda təmsil olunur

Naxçıvanda “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilib

Yeni doğulmuş uşağın ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb

İT sistemlərində yaranan problem Britaniyada bir çox sektora təsir göstərib

® “Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!

Stenli Kubrikin doğum günündə “Parıltı”nın çəkilişləri barədə film nümayiş olunacaq

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Marneulidə 50-yə yaxın azərbaycanlı gənc “International Cultural Programs” təlimində iştirak edib

Ağdamda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib YENİLƏNİB VİDEO

Əqli Mülkiyyət Agentliyi texnologiyaların kommersiyalaşdırılmasına dəstək verir

Məzahir Pənahov: Parlament seçkilərində iştirak etmək üçün 806 nəfər dairə seçki komissiyalarına müraciət edib VİDEO

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək

Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir

Milli Kitabxanada professor Ceyran Mahmudovaya həsr olunmuş kitab sərgisi açılıb

Azərbaycan millisinin baş məşqçisi: Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur

MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb VİDEO

“Şerif”in futbolçusu: Bakıda “Zirə”yə qalib gələcəyimizə inanırdıq

Bakıda təhlükəli və qurumuş ağacların götürülməsi davam etdirilir

Rövzət Qasımov: Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

30 ildən sonra nəşi tapılan şəhid Bəxtiyar Hümbətov Yevlaxda torpağa tapşırılıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib YENİLƏNƏCƏK VİDEO

Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir

AZƏRTAC-ın fotoqrafları mükafatlandırılıblar

Bakıda tanışını itələyərək öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanıb

Agentlik I sinfə qəbul prosesi ilə bağlı valideynlərə çağırış edib

“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

Zelenski: Ukrayna ilin sonunadək müharibənin qaynar mərhələsini başa vura bilər

Avropa çempionatı: Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi məlum olub

Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonq vəfat edib

Vüqar Kərimov: Azad edilmiş ərazilərdə 230 hektar sahədə 152 min 500-dən çox ağac tingi əkilib

“Milan” İspaniya millisinin futbolçusunu transfer edib

Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunacaq

Türkiyənin vitse-prezidenti Kiprdə uzunmüddətli nizamlanmanın yollarını göstərib

Baş prokuror Qusar rayonunda vətəndaşların müraciətlərini dinləyib

31 il öncə itkin düşən İbrahim Vəliyevin nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb VİDEO

Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir

Saturnun peyki Titanın karbohidrogen dənizlərinin radar araşdırması aparılır

Aslan Kərimov: Tənqid olunacaq şəxs varsa, o da “Zirə”ni azlıqda qoyan Salifu Sumadır

SOCAR-ın “Eko park”ında media nümayəndələri ilə görüş təşkil olunub

Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur VİDEO

Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

Azərbaycan Pakistan paytaxtının abadlaşdırılması işlərinə kömək edir

Qazaxıstandan Xəzər dənizinə 6 milyard kubmetr su yönəldilib

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın gələcək həkimləri Ankarada təcrübə keçiblər

Zelenski: Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq

Tbilisidə havanın çirklənməsi təhlükəli həddə yaxınlaşır

Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edib

Şuşada “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşanın premyerası olub

Danimarka millisinin baş məşqçisi istefa verib

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Böyük Britaniyanın Baş naziri Ukrayna Prezidenti ilə görüşüb

Vatikanın dövlət katibi Ukraynaya səfər edib

BMT Naxçıvanda icra edəcəyi layihələrin sayını artırır

Azərbaycan Prezidenti xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirir - RƏY

Avropa çempionu 4 ay yaşıl meydanlardan uzaq qalacaq