Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...

Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin 120 illiyinə həsr olunmuş “Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə “Xan Şuşinski” Fondu, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.

Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Komitə sədri sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib: “Çox şadıq ki, Xan Şuşinskinin builki yubileyi Şuşada, Qarabağda tarixi Zəfərimizin sevinci, fərəh və qüruru içində keçirilir. Şuşanın Mədəniyyət Paytaxtı statusu artıq rəsmiləşib. Xan əmi şuşalıdır, Şuşanın Xan əminin babaları qurub - bunlar tarixi faktlardır. Ona görə də, Şuşa ilə bağlı hər uğurun böyük sənətkarın ruhunu şad etdiyinə inanırıq. Fürsətdən istifadə edib, sənətkarlarımızın ruhunu şad edən tarixi uğurlara görə şəhidlərimizin ruhuna şükranlığımızı bildirirəm. Həm tarixi Zəfərə, həm də mədəni irsə yüksək və örnək münasibətə görə ali dövlət rəhbərliyimizə də, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildirirəm”.

Komitə sədri vurğulayıb ki, Xan Şuşinskinin şəxsiyyəti və sənətkarlığı, ifadə etdiyi bir çox anlamlar baxımından örnək təşkil edir. Şuşada bu gün bayrağımız dalğalanır, Şuşa Mədəniyyət paytaxtımızdır və bizim orada şəkillənmiş mədəni irsimiz ermənilər tərəfindən hər nə qədər dağıdılıbsa da, Şuşa və şuşalılar qürurunu itirməyib. Dövlətimizin, Heydər Əliyev Fondunun Şuşada yüksək keyfiyyət və sürətlə həyata keçirdiyi unikal, zövqlü təmir-bərpa işləri Xan əminin, haqq dünyasında olan bütün böyüklərimizin ruhunu şad edir: “Bildiyiniz kimi, bu il 120 illik yubileyi olan sənətkar hələ 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xanın üslubu, yolu ilə “Kürd-Şahnaz” muğamını ifa edib. Bu ifa o qədər heyrətamiz tərzdə gözəl olub ki, müəllimi ona “Xan Şuşinski” adını verib.

XX əsrin 20-ci illərində Xan əmi mədəniyyət paytaxtımızdan ictimai-siyasi paytaxtımıza gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar qatıb. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən “Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası”nda böyük uğur qazanaraq, baş mükafata layiq görülüb. Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq, burada gənc xanəndələrə muğamın sirlərini öyrədib. Sənətkar, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin formalaşdırılmasında yaxından iştirak edib”.

Qeyd edilib ki, onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olduğunu və mahnını yüksək zövqlə oxuyaraq yaşatdığını deməliyik.

Onlayn konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Xan nəslinə - Cavanşirlər xanədanına mənsub olan İsfəndiyar Aslan oğlu Cavanşirə şəcərə mənsubiyyəti ilə xan titulu daşımağın nəsib olmamasına baxmayaraq, onun muğamat dünyasının Xanı - sənətkarların, sənətsevərlərin Xan əmisi olduğunu vurğulayıb, ürək sözlərini bölüşüb.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski irsinə dövlət qayğısından söz açıb, konkret faktlara istinad edib.

Nazirlik rəsmisi xatırladıb ki, sənətkarın 100 illik yubileyi dövlət səviyyəsində təntənə ilə ümumrespublika miqyasında keçirilib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY-un xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, Xan Şuşinskinin 120 illik yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxış edib: “Xan əminin səsi, onun haqqında danışılanlar, yazılanlar mənim üçün çox doğmadır. Bu mövzuda saatlarla danışa bilərəm; ona görə də öncədən hazırlanmış çıxış mətni masamın üzərində olsa da, ondan istifadə etməyə ehtiyac duymuram. Xan əmidən danışınca neçə başqa sənətkarımızın da adı yada düşür: sənətkarın ustadı İslam Abdullayev, Təbrizli Əbdülhəsən Xan, yenə ustadları Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, “havalansın Xanın səsi” misrası dillər əzbəri olan Səməd Vurğun, Pənahəli xan nəsli... Əlbəttə, Şuşa və muğamatın özü... Mən çox şadam ki, bizim Fondun da iştirakı ilə belə bir onlayn tədbir keçirilir. İnanırıq ki, pandemiya ilə bağlı uyğun şərait yetişincə sənətkarın doğma şəhəri Şuşada, Bakıda da yubiley tədbirləri keçirmək nəsibimiz olar. Hər kəsə uğurlar diləyirəm”.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Gülhüseyn Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva çıxış edərək, Xan Şuşinski yaradıcılığını Azərbaycan muğam ifaçılığının özünəməxsus zirvəsi kimi xarakterizə edib. Onun sənətinin şəxsiyyətini, şəxsiyyətininsə sənətini tamamladığı vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, səsə, sözə möhür vurulmaz, amma Xan Şuşinski səsə, sözə möhür vuran sənətkardır.

Çıxışçılar hələ sağlığında ustad kimi tanınan, dərin el məhəbbəti ilə Xan əmi çağırılan Xalq artistinin yubiley tədbirində söz söyləməyin şərəfli və məsuliyyətli olduğunu bildirib. Bildirilib ki, bizim çağdaşımız olan bir çox sənətkarlar Xan əminin yetirməsi olub; ustadı həyatda görməyənlər belə onun lent yazılarından, haqqında yazılan, danışılan və çəkilənlərdən təsirlənib, öyrənib.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova bildirib ki, sənətkarın 120 illik yubileyinə töhfə olsun deyə, onun haqqında yazılmış - ailəsinin uyğun bildiyi bir kitabı nəşr etməyi öz üzərinə götürür.

Xalq artisti Nəzakət Teymurova Xan Şuşinskinin repertuarından “Şuşanın dağları başı dumanlı”, Xalq artisti Mənsum İbrahimov “Qarabağ şikəstəsi”, “Qaçaq Nəbi” mahnılarını oxuyaraq, onlayn tədbirə xüsusi rəng qatıb. Tədbirdə ustad yubilyarın ifasının lent yazıları da səsləndirilib.

“Xan Şuşinski” Fondunun sədri, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova onlayn tədbirin təşkilində əməyi olan bütün qurumlara və çıxışçılara ailəsi adından təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir