SUVARMA ŞƏBƏKƏSİNİN TƏMİRİ BAŞA ÇATDIRILMIŞDIR
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Saatlıdakı bölmələri rayonun suvarma şəbəkəsinin təmirini başa çatdırmışlar.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fermerlər və torpaq sahibləri yaz əkini ərəfəsində görülmüş bu işdən razı qalmışlar.