Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır - ŞƏRH

Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır - ŞƏRH

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu günümüzün reallıqları özlərini dünyanın supergücləri hesab edən dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərin, ən əsası onlara qarşı xalqların etimad limitinin sıfıra enməsinin növbəti təqdimatıdır. Təəssüf ki, bəzi dünya gücləri yenə də ənənələrinə sadiq qalaraq yeri gəldi-gəlmədi istinad etdikləri beynəlxalq hüququn norma və prinsiplərini, demokratik dəyərləri maraqlarının arxasında gizlədir, ayrı-ayrı coğrafiyalarda yeni münaqişə ocaqları yaradıb onları idarə etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Azərbaycan hər zaman bu cür antibəşəri, ikili standartlara əsaslanan siyasətlə üz-üzə qalsa da heç vaxt heç kimin diktəsi ilə oturub-durmayıb, əksinə atdığı addımlarla demokratiyanı strateji kursunun əsası kimi qəbul etdiyini, ədalət və beynəlxalq hüquq prinsiplərini həyata keçirdiyi siyasətin önündə saxladığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

O qeyd edib: “Bu, bir reallıqdır ki, Azərbaycanın mütəmadi olaraq ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər ərəfəsində qərəzli ittihamlarla rastlaşması ənənə halını alıb və ölkə ictimaiyyəti artıq bəzi beynəlxalq güclərin bu ikili standartlara əsaslanan siyasətinə qətiyyən təəccüblənmir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 2024-cü ilin yanvar ayında bəyanatla çıxış edərək qurumda öz fəaliyyətini dayandırmasından, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra həmin güclərin ölkəmizə qarşı əks-təbliğat kampaniyası daha açıq müstəviyə keçdi. Bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin sözügedən bəyanatından sonra nümayəndə heyətimizin ədalətsiz olaraq səs hüququndan məhrum edilməsi barədə qətnamə qəbul etməsi bunun əyani təsdiqi oldu. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bu məsələyə xüsusi diqqət yönəldərək bir daha belə bir qərarın verilməsinə səbəb olan amilləri açıqladı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin 23 ildən artıq dövrdə Azərbaycan-Avropa Şurası əlaqələrinin aydın ifadəsini yaratdı. Qurum hələ 2001-ci ildə işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni zamanda sıralarına üzv qəbul etməklə beynəlxalq hüquqa, demokratik dəyərlərə hansı prinsiplər əsasında yanaşdığını sübut etmişdi”.

V. Rəhimzadənin sözlərinə görə, Azərbaycan dövlətinin bəzi dünya güclərinə, beynəlxalq təşkilatlara əsas çağırışlarından biri məhz budur ki, məsələlərə ikili standartlarla yanaşmaq mərəzinə son qoyulsun, hadisələrə ədalət meyarından yanaşılsın. Bu gün Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Bu reallıqların regionda, dünya siyasətində yaratdığı yeniliklər göz önündədir. Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmizin zəfərlərini qısqanclıq hissi ilə qarşılayıb əsassız təbliğatları davam etdirmək heç bir dünya gücünə, beynəlxalq təşkilata başucalığı gətirmir. Demokratik dəyərlərin təbliği və inkişafı ilə məşğul olmalı olan AŞPA-nın artıq maraqların bu dəyərləri üstələdiyi bir məkana çevrilməsi yumsaq formada ifadə etməli olsam ikrah hissi doğurur. Görünən budur ki, AŞPA müəyyən bəhanələrlə Azərbaycanın qarşıya qoyduğu tələbləri yerinə yetirməkdən yayınır. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin ənənəsinə uyğun olaraq yenə də qeyri-ciddi fikirləri ilə gündəmə gəlməsi özündə bəzi məqamları ehtiva edır. Azərbaycanın ev sahibliyi və sədrlik edəcəyi son dərəcə mötəbər beynəlxalq tədbirin-COP29-un keçirilməsinə çox az bir vaxtın qalmasını nəzərə alanda ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin qərəzli təbliğatlarını genişləndirmələrinin çirkin məqsəd və məramını açıq-aydın başa düşmək olur. Xarici anti-Azərbaycan qüvvələrin ruporu rolunda çıxış edən Frank Şvabe kimi erməni dəyirmanına su tökənlər Azərbaycanda olmayan “siyasi məhbus” məsələsini gündəmə gətirməklə çirkin niyyətlərini açıq-aşkar nümayiş etdirirlər. Görünür, Frank Şvabenin başı o qədər ermənilərin müdafiəsinə qarışıb ki, üzvü olduğu qurumun Azərbaycanla bağlı “siyasi məhbus” məsələsinə çoxdan nöqtə qoymasından, ölkəmizdə siyasi məhbusun olmadığını özünün müvafiq qətnaməsi ilə təsdiqlənməsindən xəbərsizdir. Azərbaycan insan amilinə yüksək dəyər verən, insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində təkmil addımlar atan ölkə kimi tanınır. Bu reallıqları düzgün dəyərləndirmək üçün maraqlar deyil, ədalət prinsipi öndə olmalıdır ki, bu da Frank Şvabe kimilər üçün yad anlayışdır.

Baş redaktor vurğulayıb ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələrinin beynəlxalq informasiya məkanında hücuma keçmələrinə artıq adət edib. “Evrovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində də eyni proseslər müşahidə edilmişdi. Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda icraçılardır. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” kimi absurd iddialar Qərb dairələrinin leksikonunda siyasi alət rolunu oynayır. Onlar bu alətdən bir qayda olaraq müstəqil siyasət yürüdən ölkələrə qarşı istifadə edirlər. Kiçik dövlətlərə “demokratiya” dərsi keçməyə cəhd edən bəzi dünya gücləri öz ölkələrində baş verən proseslərə diqqət yetirsələr ,yeri gəldi-gəlmədi ağızdolusu danışdıqları demokratiya və insan hüquqları amillərinə daha çox xidmət etmiş olarlar. Özlərinə “umac ova bilməyib başqasına əriştə kəsmək” barədə düşünənlər unudurlar ki, Azərbaycan müstəqil siyasətini sözdə deyil, hər bir addımında təsdiqləyən ölkədir. Həmin güclərin dəstək verdiyi Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqilliyi formal xarakter daşımır. Azərbaycan heç bir qüvvənin göstərişi ilə oturub-durmadığını dəfələrlə əyani surətdə sübut edib. Dövlətimizin başçısı İlham Əliyevin “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” çağırışı bu gün də Ermənistana havadarlıq etmək istəyən dünya güclərinə, onları bu və ya digər beynəlxalq təşkilatlarda təmsil edən dairələrə ciddi mesajdır.

“Azərbaycan ictimaiyyəti Şvabenin, eyni zamanda, bir sıra ABŞ konqresmenləri və senatorlarının, fransalı “siyasətçilərin” və insan hüquqları “müdafiəçilərinin” məqsədyönlü, sifarişli hücumlarına mütəmadi şahidlik edib və bu gün də eyni ab-hava yaşanır. Maraqların ədaləti, beynəlxalq hüququ, demokratik dəyərləri üstələdiyi məkanlarda qərəzli yanaşmalar, əsassız təbliğatlar qaçılmazdır. Sirr deyil ki, yeni hücum dalğası Azərbaycanın beynəlxalq nüfuzunun, ölkəmizə böyük inamın və etimadın göstərici olan COP29-la bağlıdır. Bütün bunların arxasında erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin dayanması şəksizdir. Bunun üçün hazırda ermənilərin AŞPA-da təmsilçisi rolunda çıxış edən Şvabenin kimliyinə və onun bu günədək Azərbaycana qarşı həyata keçirdiyi əsassız təbliğatlara diqqət yetirmək kifayətdir. Frank Şvabenin fəaliyyəti korrupsiya, rüşvət qalmaqalları, islamofob çıxışlarla zəngindir. Şübhəsiz, mayası ölkəmizə qarşı qərəzdən yoğrulan təbliğatlara tutarlı cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Dövlətimizin hər bir addımı Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Azərbaycanın demokratiya təcrübəsi bütün dünyaya nümunədir. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə söykənərək ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan hazırda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasına səy göstərir. Suverenliyimizi bərpa etdiyimiz üçün Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum edən AŞPA yaxşı olar ki, ölkəmizin qarşıya qoyduğu tələbləri yerinə yetirib sülh müqaviləsinin imzalanması prosesinə dəstək olsun. Eyni çağırış bəzi dünya güclərinə də edilir. Tarixi Zəfərimizdən sonra da Ermənistana dəstəyini hər bir baxımdan davam etdirən, təcavüzkarı silahlandıran Fransanın çirkin niyyətlərini müxtəlif bəhanələrlə diqqətdən yayındırmaq cəhdləri göz önündədir. Şvabe kimilər Azərbaycanın Zəfərini həzm edə bilməyən Fransa və Almaniyanın cızdıqları ssenarinin oyunçularıdır. Şübhəsiz, bu çirkin oyun da baş tutmayacaq. Çünki indiyədək ölkəmizə qarşı hər bir cəhd Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən hücum diplomatiyasının nəticəsində iflasa uğrayıb və şübhə yoxdur ki, bundan sonra da belə olacaq”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK VİDEO

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO