“SVENDER” ROK QRUPU QAX MUSİQİSEVƏRLƏRİNİN QONAĞI OLMUŞDUR
Azərbaycanda qonaq olan “Svender” rok qrupu respublikamızın şimal-qərb rayonlarına səfər proqramına uyğun olaraq, Balakən və Zaqatala rayonlarından sonra sentyabrın 11-də Qax musiqisevərləri qarşısında çıxış etmişdir. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutmuşdur.
AZƏRTAC xəbər verir ki, Qax şəhərindəki Nizami adına parkda keçirilən konsertin əvvəlində tədbirin təşkilatçısı olan “CP Prodakşn”ın bədii rəhbəri Fərman Abdullayev qrupun fəaliyyəti və uğurları barədə məlumat vermişdir. Bildirilmişdir ki, rok qrupu 2002-ci ildən fəaliyyət göstərir. Qrupun tərkibinə ABŞ, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Malayziya və Avstraliyadan olan musiqiçilər daxildirlər. Musiqi qrupunun üzvləri məşqlərini internet vasitəsilə həyata keçirirlər. Dünyanın 50-dən artıq ölkəsində konsert verən “Svender” rok qrupu Azərbaycana ilk dəfədir ki, səfər edir.
Qax tamaşaçıları qrupun ifa etdiyi musiqi nömrələrini alqışlarla qarşılamışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]