TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONA
Hörmətli Emoməli Şərifoviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və bütün Tacikistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Tacikistan arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq bizim birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək, regionda təhlükəsizliyin və tərəqqinin təmin olunmasına kömək edəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 sentyabr 2008-ci il.