TAİLAND KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB TAKSİN ŞİNAVATRAYA
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı – Kralın təvəllüd günü münasibətilə Sizi və bütün Tailand xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq, bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 2 dekabr 2003-cü il.