“Taliban” hərəkatı Qəndəhar polisinin qərargahını ələ keçirdiyini bəyan edib
Bakı, 14 iyul, AZƏRTAC
“Taliban” hərəkatı Pakistan-Əfqanıstan sərhədindəki Spin-Boldak dairəsinin mərkəzini və Qəndəhar polisinin mənzil-qərargahını ələ keçirdiklərini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, döyüşlər nəticəsində xeyli sayda silah-sursat və nəqliyyat vasitəsi taliblərin əlinə keçib. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak məntəqəsi ticarət baxımından strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən “Taliban” hərəkatı ölkənin nəzarətini ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başlayıb.
2020-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları nəticəsiz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]