“Taliban” qruplaşmasından qaçan 128 Əfqanıstan vətəndaşı Tacikistana pənah gətirib
Düşənbə, 15 iyul, АZƏRTAC
“Taliban” qruplaşmasından qaçan 77 Əfqanıstan vətəndaşı olan etnik qırğız Tacikistana pənah gətirib. Tacik sərhədçiləri humanizm prinsiplərini əsas tutaraq qaçqınları Tacikistan ərazisinə buraxıb.
AZƏRTAC Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, qaçqınlar Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir. Onlar özləri ilə sahibi olduqları 1300-dən artıq xırda və iribuynuzlu mal-qara da gətirib.
Bu gün sərhədin digər istiqamətindən isə Əfqanıstanın 51 vətəndaşı Tacikistana keçib.
İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1037 mülki vətəndaş pənah gətirib. Onlar Tacikistanda çadır şəhərciklərində qalır, isti yeməklə təmin olunurlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]