Tarix İnstitutu: VI sinfin “Ümumi tarix” dərsliyində elmi səhv və qüsurlar aşkar olunub
Bakı, 24 may, AZƏRTAC
Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, VI sinfin “Ümumi tarix” dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli) tərəfindən həmin dərslik üzrə 56 elmi səhv və qüsurlar müəyyən olunub.
Komissiya üzvlərinin qərarına əsasən ən qısa zamanda yeni tipli tarix dərsliklərinin hazırlanmasına başlamaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]
Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb
- 12.10.2026 [15:48]
Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans
- 12.10.2026 [15:23]